Latviya Rusiyadakı konsulluqlarını bağladı

img

Latviyanın Sankt-Peterburqdakı baş konsulluğu və Pskovdakı konsulluğu işini dayandırıb.

Rezonans.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Latviyanın Rusiyadakı səfiri Maris Riekstins deyib.

“Bu gündən etibarən Latviyanın Pskovdakı Konsulluğu və Sankt-Peterburqdakı Baş Konsulluğunun işinə xitam verilib”, - Riekstins bildirib. 

Səfir əlavə edib ki, Latviyanın Moskvadakı səfirliyinin konsulluq bölməsində konsulluq xidmətlərinin göstərilməsi davam edir.

Xəbəri paylaş: