Malidə mayın 12-nə keçən gecə hərbçilər dövlət çevrilişinə cəhd ediblər.
Rezonans.az xəbər verir kİ, bu barədə “Röyters” məlumat yayıb. Bildirilir ki, çevrilişə cəhd edən bir qrup zabit “Qərb tərəfindən dəstəklənir”.
O da qeyd edilir ki, Malinin müdafiə və təhlükəsizlik qüvvələri bu cəhdin qarşısını ala bilib.










