"Biz Azərbaycanın üçtərəfli görüşü Brüssel formatında bərpa etmək öhdəliyini alqışlayırıq" - Mişel

img

"Sabit və firavan Cənubi Qafqazı təşviq etmək üçün Azərbaycanın Brüssel Prosesinin üçtərəfli görüşünü bərpa etmək öhdəliyini alqışlayırıq".

Rezonans.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel sosial şəbəkələrdə yazıb.

İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik etdim, xoş arzularımı bildirdim.

"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı aramızda əsaslı müzakirələr apardıq. Sabit və firavan Cənubi Qafqazı təşviq etmək üçün Azərbaycanın Brüssel Prosesinin üçtərəfli görüşünü bərpa etmək öhdəliyini alqışlayırıq. Aİ və Azərbaycan arasında əməkdaşlıq, o cümlədən, iqtisadi sahədə rabitə və enerji, həmçinin müzakirə edildi”, o yazıb.

Xəbəri paylaş: