Baş Prokurorluq Xocavənddəki partlayışa görə araşdırmaya başladı

Baş Prokurorluq Xocavənddəki partlayışa görə araşdırmaya başladı

Xocavənddə arıçılıq təsərrüfatında partlayış nəticəsində bir nəfərin xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Rezonans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 10-da saat 10 radələrində Xocavənd rayonunun Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması nəticəsində 1996-cı il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlunun sağ əlindən xəsarət alması ilə bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş: