Beynəlxalq axtarışda olan azərbaycanlı ölkəyə gətirildi

img

Qazaxıstan beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya edib.

Bu barədə Rezonans.az-a Baş Prokurorluqdan bildirilib.

Belə ki, Azərbaycan vətəndaşı Alyar Həsənov Əhməd oğlunun ekstradisiyası Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Alyar Həsənovun külli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Fevralın 10-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxs Qazaxıstandan Azərbaycana gətirilib.

Xəbəri paylaş: