Sumqayıtda 48 yaşlı kişi qətlə yetirildi

img

Fevralın 12-də Sumqayıt şəhəri ərazisində 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

DİN Mətbuat Xidmətindən Rezonans.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Qoşnəliyev Habil Bayram oğlu müəyyən olunaraq saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlərə görə baş verib.

Xəbəri paylaş: