Bakıda fərdi yaşayış evində 2 nəfərin meyiti AŞKARLANDI

img

Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən fərdi yaşayış evində 2 nəfərin meyiti aşkarlanıb.

Bu barədə Rezonans.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib.

Faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır. Ölümün səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılır.

Xəbəri paylaş: