Ötən gün ailə üzvlərini amansızcasına qətlə yetirən Əhməd Əhmədovun 10 il əvvəl 18 bıçaq zərbəsi vurduğu idmançının anası "Gəl, danış" verilişində açıqlama verib.
Rezonans.az-ın məlumatına görə, Aynur adlı xanım oğlu Ramin Cəfərovun uğurlarına Əhmədin paxıllıq etdiyini bildirib.
Raminin anasının sözlərinə görə, vaxtilə onun bu cinayəti ört-basdır edilib. O, oğlunun sağaldığını, ancaq idmançı kimi karyerasını davam etdirə bilmədiyini deyib.