Ədliyyə naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

img

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov mayın 19-da Şəmkir rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Rezonans.az xəbər verir ki, Vətəndaşlar qəbula Şəmkir regional ədliyyə idarəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 2, əlaqə telefonları: (+994 22) 305-82-50, (+994 50) 514-14-10), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) və (+99499) 317-22-05 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Xəbəri paylaş: