AZAL-ın Moskva-Gəncə təyyarəsi hava şəraitinə görə Bakıya enməli oldu

img

Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

Bu barədə Rezonans.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib. 

Buna səbəb Gəncə hava limanı ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.

Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.

Xəbəri paylaş: