Korrupsiyaya qarşı mübarizə mövzusunda hüquqi-maarifləndirici tədbir keçirilib

img

Ombudsmanın Şimal və Qərb Regional mərkəzləri tərəfindən korrupsiyaya qarşı mübarizə mövzusunda hüquqi-maarifləndirici tədbirlər keçirilib.

Rezonans.az xəbər verir ki, tədbirlərdə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar, icra olunan dövlət proqramları, o cümlədən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar görülmüş işlər, Ombudsman tərəfindən bu istiqamətdə həyata keçirilən fəaliyyət barədə məlumat verilib.

Tədbirlərin yekununda mövzu üzrə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbəri paylaş: