Rusiyada saxlanılan idmançı Kamil Zeynallının ittiham olunduğu maddələr məlum olub.
Rezonans.az-ın əldə etdiyi məlumata görə, o, Ermənistan Cinayət məcəlləsinin 135, 137, 140, 147 və 149-cu maddələri ilə ittiham olunur. Həmin maddələrdə qanunsuz yaşayış yerinə girmək, böhtan kimi ittihamlar qeyd olunub.
Kamil Zeynallının məhkəməsi isə sabah keçiriləcək.
Qeyd edək ki, Ermənistan Kamil Zeynallını 29 sentyabr 2020-ci il tarixində axtarışa verib.