İçərisində pul və bank kartları olan çanta oğurlandı

img

Sumqayıtda çanta oğurlanıb.

Rezonans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 20-də Sumqayıt dəmir yolu stansiyası ərazisində bir nəfərin içərisində pulu və bank kartları olan çantasını oğurlamaqda şübhəli bilinən Mustafa Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: