Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov tərəfindən Milli Məclisin Aparatında vətəndaşların qəbulu üzrə cədvələ əsasən qəbul keçirilmiş və vətəndaşların müraciətlərinə baxılmışdır. Qəbulda müraciət edənlər qeyri-hökumət təşkilatlarının təmsilçiləri, gənc könüllülər və digər kateqoriyadan olan vətəndaşlar olmuşlar.
Rezonans.az xəbər verir ki, qəbul zamanı vətəndaşların müraciətləri əsasən qəbul, İcra Hakimiyyəti və hüquq mühafizə orqanlarının fəaliyyətləri, yerli özünüidarəetmə və bələdiyyələr, sosial müdafiə məsələləri, işlə təmin olunma, maliyyə, mənzil və sair məişət məsələləri haqqında olmuşdur.
Müraciətlərin bir çoxunun icrası operativ qaydada təmin edilmiş, bir qismi baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, qanunvericiliyin tələblərinə uyğun olmayan müraciətlərlə bağlı isə izahat verilmişdir.