Goranboyda ov silahları könüllü polisə təhvil verilib

img

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. 


Rezonans.az xəbər verir ki, keçirilən profilaktiki tədbirləri nəticəsində 2 nəfər rayon sakini müvafiq sənədləri olmayan, “TOZ” markalı ov silahlarını polisə könüllü təhvil veriblər. 


Hər bir vətəndaşla bir daha fərdi söhbət aparılaraq bildirilib ki, Daxili İşlər Nazirliyinin gizlədilən döyüş və ov silahlarını, partlayıcıları və sursatları könüllü polisə təhvil verməsi ilə bağlı çağırışına həssas yanaşması və bu çağırışa qoşulması təqdirəlayiq haldır.

Xəbəri paylaş: