“Səyyar qəbul otağı” Balakən rayonunda təşkil olunub

img

Həftənin çərşənbə axşamında SOCAR-n “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Balakən rayonunda təşkil olunub. 


Rezonans.az xəbər verir ki, Mahamalar kəndində keçirilən aksiyaya 30-a yaxın sakin qatılsa da, cəmi 2 müraciət ünvanlanıb. Müraciətlərin məğzinə gəlincə, bunlar abonentin öz istəyi ilə qaz təminatının dayandırılması və qaz sayğacının yerinin dəyişdirilməsindən ibarət olub. 


Hər iki problemlə bağlı Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən lazımi tapşırıqlar verilərək qeydiyyat aparılıb.

Xəbəri paylaş: