Su çərşənbəsində meşə fondu torpaqlarında 55 mindən çox ağac əkildi

img

Baharın ilk müjdəçisi olan su çərşənbəsində ölkənin meşə fondu torpaqlarında ağacəkmə tədbirləri keçirilib.

Rezonans.az xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov məlumat verib.

Onun sözlərinə görə, Novruzun ilk çərşənbəsi olan su çərşənbəsində Lənkəran, Astara, Quba, Xaçmaz, Oğuz, Zaqatala, Şəki, Bərdə, Ağdaş, Göygöl, Qazax və Ağcabədi rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə bir gündə 55 344 ədəd ağac əkilib, 546 kiloqram palıd toxumu səpilib.

Xəbəri paylaş: