Bayramov Berbokla sülh gündəliyindən danışdı

img

“5 aya yaxın sürən sabitliyin Ermənistan tərəfindən pozulması sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır”.

Rezonans.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla görüşündə deyib.

XİN başçısı Azərbaycan tərəfinin normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu bildirib.

Bununla yanaşı, Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb.

Xəbəri paylaş: