Avropa Parlamenti Azərbaycanla bağlı Aİ-yə çağırış etdi

img

Avropa Parlamenti Avrop İttifaqını Azərbaycana qarşı dərhal sanksiyalar tətbiq etməyə və strateji enerji tərəfdaşlığına dair anlaşma memorandumunu dayandırmağa çağıran qətnamələr qəbul edib. 

Rezonans.az xəbər verir ki, qətnamə AP-nin dünənki iclasında qəbul olunub. 

Avropa Parlamenti xarici siyasət və Aİ-nin təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı 2 qətnamə qəbul edib ki, bunların da hər birində Aİ-yə çağırış var: 

Dərhal Azərbaycana qarşı sanksiyalar tətbiq edin və Strateji Enerji Tərəfdaşlığı üzrə Anlaşma Memorandumunu dayandırın;

Azərbaycanın Ermənistana qarşı hər hansı hərbi təcavüzü halında Azərbaycanın siyasi və hərbi rəhbərliyinə qarşı məqsədyönlü və fərdi sanksiyalar tətbiq etməyə, neft və qaz idxalını dayandırmağa hazır olun;

Aİ-nin Ermənistandakı missiyasının mandatını gücləndirin, missiyasını artırın, müddətini uzatın və Türkiyə ilə sərhəddə müşahidəçilər yerləşdirin;

Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqları dayandırın.

Xəbəri paylaş: