Azərbaycanda sığınacaqların sayı kifayət qədər deyil

img

"Azərbaycanda sığınacaqların sayı kifayət qədər deyil. Lakin bu, o demək deyil ki, bütün bölgələrdə sığınacaqlar olmalıdır. Biz elə etməliyik ki, bir şəxsin problemi sığınacağa qədər həll edilsin".

 

Rezonans.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

 

O bildirib ki, sığınacaqlardakı xidmətin səviyyəsi qaldırılmalıdır.

 

"Bu, əsas məsələdir. Eyni zamanda, müəyyən sayda sığınacaqların yaradılmasına ehtiyac var", - deyə o əlavə edib

Xəbəri paylaş: