AFFA-nın növbəti prezidenti bu tarixdə bilinəcək

img

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Rezonans.az xəbər verir ki, konfransda iki qərar qəbul edilib.

AFFA-nın növbəti Hesabat-Seçki Konfransı aprelin 2-nə təyin edilib.

Bundan başqa, müvafiq müraciətə əsasən, futbol veteranları - İsmayıl Əliyev, Esmiralda Ələkbərova (həkim), Gəray Qarayev, İqor Ponomaryov, Vaqif Sadıqov və Maşallah Əhmədova təqaüd verilməsi barədə qərar qəbul olunub.

İclasda, həmçinin “Kəpəz” Futbol Akademiyasının tikintisi ilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.

Xəbəri paylaş: