Türkiyə İraqda daha 3 terrorçunu zərərsizləşdirdi

img

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Qara rayonunda 3 terrorçunu zərərsizləşdirib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən bildiriblər.

 

"Milli Müdafiə Nazirliyi və Milli Kəşfiyyat Təşkilatının koordinasiyalı işi nəticəsində İraqın şimalındakı Qara rayonunda 3 terrorçu zərərsizləşdirilib. Terrorçular PUA zərbəsi nəticəsində zərərsizləşdirilib", - deyə Nazirlikdən bildirilib.

Xəbəri paylaş: