Bakının bu rayonunda qaz kəsiləcək

img

Xətai rayonu, Cavanşir küçəsində yeraltı d325 mm-lik qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə 05.03.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. 

“Azəriqaz” İstehsalat Birliyindən Rezonans.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev küçələrinin və Zığ yolu ərazisindəki yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaqdır.

Xəbəri paylaş: