Mobil tətbiqlərlə bağlı XƏBƏRDARLIQ

img

Daxili İşlər Nazirliyi mobil tətbiqlərlə bağlı xəbərdarlıq edib. 

DİN-dən Rezonans.az-a daxil olan məlumatda deyilir:

"Cihazınıza yüklədiyiniz tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşmayın. Şəxsi və bank kartı məlumatlarınızın güvənliliyini qorumaq üçün bu çox vacibdir. Tətbiqləri yükləyərkən nələrə diqqət etməlisiniz?

• Qeyri-rəsmi mənbələrdən tətbiqləri yükləməyin və cihazınızın parametrlərində qeyri-rəsmi (məlum olmayan) mənbələrdən quraşdırılmalara icazələri qeyri-aktiv edin;

• Yalnız rəsmi tətbiqlərdən istifadə edin və onları yalnız rəsmi mağazalardan (Google Play, App Store) yükləyin;

• Quraşdırdığınız tətbiqlərə və verdiyiniz icazələrə diqqət yetirin;

• Tətbiqin etibarlılığını araşdırın. Yalnız tətbiqə tam etibar etdiyiniz halda onu quraşdırın".

Xəbəri paylaş: