Ermənistanda saxlanılan Ruslan Pənahova qarşı cinayət təqibi DAYANDIRILDI

img

Ermənistanın İstintaq Komitəsi saxlanılan azərbaycanlı hərbçi Ruslan Pənahova qarşı cinayət təqibinə xitam verib.

Rezonans.az-ın məlumatına görə, bu barədə Komitənin yaydığı məlumatda deyilir.

Bildirilir ki, Teh (Sünik rayonu) kəndi yaxınlığında erməni hərbçiləri tərəfindən saxlanılan azərbaycanlı hərbçiyə qarşı cinayət təqibi dayandırılıb.

“Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ruslan Pənahovun 2024-cü il fevralın 28-də postu tərk etdiyinə və azaraq Ermənistan tərəfinə keçdiyinə dair sübutlar toplanıb”, - deyə Komitənin məlumatında deyilir.

Bunun əsasında Pənahova qarşı cinayət təqibinə xitam verilməsi barədə prokurora vəsatət verilib. Vəsatət təmin olunub. 

Xatırladaq ki, fevralın 29-da Ermənistanın İstintaq Komitəsi Azərbaycan əsgərinə qarşı təxribata cəhd, qanunsuz silah-sursat saxlama, irqi və dini dözümsüzlük zəminində adam öldürməyə cəhd ittihamları ilə cinayət işi açmışdı. 

Xəbəri paylaş: