Mixail Mişustin Azərbaycana işgüzar səfər edəcək

img

Rusiyanın baş naziri Mixail Mişustin bu gün Azərbaycana işgüzar səfər edəcək. 

Rezonans.az TASS-a istinadən xəbər verir ki, səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin baş naziri Əli Əsədovla görüşlər keçirəcək.

Danışıqlar zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək.

Xəbəri paylaş: