"Narkotik maddələrlə bağlı hüquqi aktlara yenidən baxılmalıdır" - Deputat

img

Rəsmi məlumatlara görə, məhkumların 35 faizini narkotiklərlə bağlı məhkumlar təşkil edir. Doğrudur, əhalinin 100 min nəfərinə düşən məhbus sayına görə biz dünyada 56-cı yeri tuturuq və bu yaxşı göstəricidir, yəni, kriminogen durum sabitdir".

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

O bildirib ki, çıxış yolu təkcə yeni cəzaçəkmə müəssisələri tikmək deyil, həm də narkotik maddələrlə bağlı hüquqi aktlara yenidən baxmaqdır: "Ədliyyə Nazirliyinə yeni rəhbərin, bir müddət Milli Məclis Aparatında çalışan şəxsin təyin olunması həm də Penitensiar və Probasiya sistemində dəyişikliklərə təkan verəcəyinə inanırıq".

Xəbəri paylaş: