Abşeronda "Şəfəq" adlı yeni qəsəbə yaradılır

img

Abşerondakı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir.

Rezonans.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Abşeron rayonunun inzibati ərazisində salınmış “Şəfəq” adlı yeni yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək.

Məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

Xəbəri paylaş: