Bakı, Sumqayıt və Abşeron üzrə mart ayının pensiyaları ödənildi

img

Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib.

Bu barədə Rezonans.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, yaxın günlərdə digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Xəbəri paylaş: