Bu il 100 yeni elektrik avtobusu istifadəyə veriləcək

img

2022-ci illə müqayisədə 2023-cü ildə ölkəyə idxal olunan elektrik mühərrikli avtomobillərin sayı 6,3 dəfə artıb.

Rezonans.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Agentlik sədri bildirib ki, bu il 100 yeni elektrik avtobusu istifadəyə veriləcək: "Bundan başqa, piyada zolaqların genişləndirilməsi prosesi də hayata keçiriləcək", - deyə A.Rzayev bildirib.

Xəbəri paylaş: