Narkomaniyanın fəsadları mövzusunda maarifləndirmə tədbirləri keçirilib

Narkomaniyanın fəsadları mövzusunda maarifləndirmə tədbirləri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal və Qərb Regional mərkəzləri tərəfindən narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları mövzusunda maarifləndirmə tədbirləri keçirilib.


Rezonans.az xəbər verir ki, çıxışlar zamanı Müvəkkilin narkomaniya ilə mübarizə sahəsində həyata keçirdiyi maarifləndirmə fəaliyyəti, bu sahəyə dair şikayətlərin araşdırılması barədə məlumat verilib.


Həmçinin narkomaniyanın fəsadlarından və ölkədə bu sahədə aparılan işlərdən bəhs olunub, narkomaniyadan əziyyət çəkən şəxslərin cəmiyyətə adaptasiyası istiqamətində tədbirlərin zəruriliyi diqqətə çatdırılıb.


Sonda mövzu üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Xəbəri paylaş: