Xankəndidə məktəbdə silah-sursat aşkarlandı

img

Xankəndi şəhərində orta məktəbdə silah-sursat aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən Rezonans.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 7-də Xankəndi şəhərində yerləşən orta məktəblərin birindən və şəhər ərazisindən 766 ədəd narkotik tərkibli güclü təsiredici həblər, həmçinin 20 ədəd avtomat silahı, 1 pulemyot, 3 tapança, 3 tüfəng, 10 qumbara, 9 ədəd alışdırıcı, 5 rabitə vasitəsi, 20 patron darağı, 6188 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Xəbəri paylaş: