Pakistanın Baş naziri İlham Əliyevə təşəkkür edib

img

“Azərbaycan və Pakistan xalqları unikal dostluq bağlarına malikdir”.

Rezonans.az xəbər verir ki, bunu yenidən Pakistanın Baş naziri seçilən Şahbaz Şərif “X” hesabında yazıb.

“Azərbaycan Prezidenti İlham Əliyevə Pakistanın Baş naziri seçilməyim münasibətilə səmimi təbriklərinə görə təşəkkür edirəm”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Ş.Şərif martın 3-də növbəti dəfə hökumət başçısı seçilib. 

Xəbəri paylaş: