Pilotlar yuxuya getdi, təyyarə istiqamət kursundan çıxdı

img

İndoneziyada təyyarənin hər iki pilotunun yuxuya getməsi səbəbindən daşıyıcı istiqamət kursundan çıxıb. 

Rezonans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə göyərtəsində 153 sərnişin və ekipaj üzvünün olduğu Cakartaya uçuş zamanı baş verib. Havaya qalxdıqdan bir neçə dəqiqə sonra pilotlardan biri həmkarına dincəlmək istədiyini bildirib və onun icazəsi ilə yatıb. Daha sonra isə ikinci pilotu da yuxu tutub.

Xoşbəxtlikdən qəza baş vermədən pilotlardan biri ayılıb və uçuş yolunu düzəltməyi bacarıb. 

Hər iki pilotun uçuşu dayandırılıb, İndoneziya Nəqliyyat Nazirliyi hadisənin səbəblərini araşdırır.

Xəbəri paylaş: