Gəmilərin Bosfor boğazında hərəkəti dayandırıldı

img

İstanbulda duman səbəbindən gəmilərin Bosfor boğazından tranziti hər iki istiqamətdə dayandırılıb.

Rezonans.az-ın məlumatına görə, Türkiyə Sahil Mühafizəsi Baş İdarəsindən bildirilib ki, bazar günündən boğazda naviqasiya dayandırılıb.

Məlumata görə, boğazı keçmək üçün növbədə 301 gəmi var. Növbə gözləyənlər arasında Rusiya bayrağı altında üzən gəmilər də var.

Qeyd edək ki, İstanbulun bəzi ərazilərində güclü duman müşahidə olunur.

Xəbəri paylaş: