Bakıda 26 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanıldı

img

Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində Əhmədli Səbuhi Arif oğlunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Heybətov Əli Həmid oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, hadisə martın 9-da baş verib.

Xəbəri paylaş: