Siyavuş Novruzov vətəndaş qəbulu keçirib

img

Milli Məclisin Regional məsələlər komitəsində vətəndaşların növbəti qəbulu keçirilib.


Rezonans.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov tərəfindən Milli Məclisin Aparatında vətəndaşların qəbulu üzrə cədvələ əsasən növbəti qəbul keçirilmiş və vətəndaşların müraciətlərinə baxılmışdır.


Qəbulda müraciət edənlər müharibə veteranları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər kateqoriyadan olan vətəndaşlar olmuşlar.


Qəbul zamanı vətəndaşların müraciətləri əsasən qəbul, yerli özünüidarəetmə və bələdiyyələr, sosial müdafiə məsələləri, işlə təmin olunma, maliyyə, mənzil, torpaq və sair məişət məsələləri haqqında olmuşdur.


Müraciətlərin bir çoxunun icrası operativ qaydada təmin edilmiş, bir qismi baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, qanunvericiliyin tələblərinə uyğun olmayan müraciətlərlə bağlı isə izahat verilmişdir.


Xəbəri paylaş: