Gürcüstan, Azərbaycan, Türkiyə və Ermənistan arasında danışıqlar aparıldı

img

Gürcüstan, Azərbaycan, Türkiyə və Ermənistan arasında yüklərin koordinasiyalı və fasiləsiz daşınması ilə bağlı danışıqlar aparılıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

 

Danışıqlar Gürcüstanın təşəbbüsü ilə baş tutub.

 

Baş nazir İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən İqtisadi Şuranın iclasında aparılmış müzakirə zamanı Gürcüstan tərəfindən yükdaşımalarında gecikmələrin olmadığı bildirilib. Bu istiqamətdə bəzi çatışmazlıqların qarşı tərəfdə infrastrukturla, “Lars” gömrük-keçid məntəqəsinə dair problemin təmir işləri ilə əlaqədar olduğu diqqətə çatdırılıb.

Xəbəri paylaş: