Qazaxıstan gerbini dəyişə bilər

img

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın dövlət gerbinin dəyişdirilməsinin mümkünlüyünü açıqlayaraq, indiki gerbin eklektizm və sovet dövrünün əlamətlərini ehtiva etdiyini bildirib.

Rezonans.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Tokayevin sözlərinə görə, gerbin dəyişdirilməsinə ictimai razılıq olarsa, bütün aspektləri nəzərdən keçirəcək və ictimai müzakirə aparacaq xüsusi komissiya toplana bilər.

Bundan sonra Tokayev respublikanın yeni dövlət gerbinin ən yaxşı eskizi üçün müsabiqə elan etməyi təklif edib. 

Xəbəri paylaş: