Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketini nəzərdən keçirəcək

img

Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketini nəzərdən keçirəcək.

Rezonans.az xəbər verir ki, bu barədə “RİA Novosti” yüksək səviyyəli mənbəyə istinadən yazıb.

Məlumata görə, yeni məhdudiyyətlər paketinə əvvəllər tətbiq edilmiş anti-Rusiya sanksiyalarından yayınma ilə mübarizə üçün yeni tədbirlər daxil olacaq.

“Bəli, 14-cü paket hazırlanacaq, o, sanksiyalardan yayınma ilə mübarizə üçün yeni tədbirləri əhatə edəcək”, - mənbə bildirib.

Xəbəri paylaş: