Əfqanıstanda əlverişsiz havaya görə 60 nəfər öldü

img

Əfqanıstanda son 25 gündə əlverişsiz hava şəraiti səbəbindən 60-dan çox insan həyatını itirib.

Rezonans.az xəbər verir ki, bu haqda Əfqanıstan Müvəqqəti Hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Molla Canan Saik açıqlama verib.

1600-dən çox evin zərər gördüyünü deyən Saik, minlərlə heyvanın tələf olduğunu bildirib.

Digər tərəfdən, ölkənin mərkəzi və şimal bölgələrində, Bamyan, Ghor, Sar-e Pol, Nuristan kimi bir çox əyalətdə yollar nəqliyyata bağlanıb.

Qeyd edək ki, ötən il Əfqanıstanda əlverişsiz hava şəraiti səbəbindən 200-ə yaxın insan həyatını itirib.

Xəbəri paylaş: