23 yaşlı qız kəskin tənəffüs çatışmazlığından öldü

img

Hacıqabulda 23 yaşlı qız kəskin tənəffüs çatışmazlığından ölüb.

Rezonans.az APA-ya istinadən xəbər verir ki, rayonun Atbulaq kənd sakini, 2001-ci il təvəllüdlü Əhmədova Xanımnaz Ceyhun qızı ürək və tənəffüs çatışmazlığından xəstəxanaya aparılarkən yolda keçinib.

Onun meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı Hacıqabul prokurorluğu araşdırma aparır.

Xəbəri paylaş: