Kobaxidze Azərbaycana gəldi

img

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycana rəsmi səfərə gəlib.

Rezonans.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstanın Baş nazirini Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Samir Şərifov, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbəri paylaş: