Millimiz Qazaxıstanda birinci yeri tutdu

img

Azərbaycan tamblinq millisi Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq turnirdə birinci yeri tutub.

Rezonans.az xəbər verir ki, Hüseyn Əsədullayev, Aleksey Karataşov, Uğur Cəfərli və Sənan Rzazadənin yer aldığı komanda bütün rəqiblərini üstələyib.

Gimnastlarımız fərdi yarışlarda da iki qızıl, iki gümüş, bir bürünc medal qazanıblar. Aleksey Karataşov və Sənan Rzazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Xətai Hümbətovla Əliəkbər Hadi ikinci yeri tutublar. Hüseyn Əsədullayev isə bürünc medala yiyələnib.

Xəbəri paylaş: