İdmançımız qızıl medal qazandı

img

İspaniyanın Qranada şəhərində Beynəlxalq Atıcılıq İdman Federasiyasının Qran Pri-2022 yarışının ilk qaliblərindən biri atletimiz Ruslan Lunyov olub.

Azərbaycan Atletika Federasiyasından (AAF) Rezonans.az-a verilən məlumata görə, həmvətənimiz 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada qalib gələrək qızıl medal qazanıb. Azərbaycanlı atlet 26 ən güclü atıcı arasında fərqlənməyə nail olub.

Qranada Qran Pri-si mayın 29-dək davam edəcək. Tüfəng, tapança və stend atıcılığı üzrə yarışlarda 37 ölkədən 250-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.

Xəbəri paylaş: