“Uşaqlara qarşı zorakılığın yolverilməzliyi” mövzusunda maarifləndirici tədbir keçirilib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 2024-cü il üzrə təsdiq olunmuş insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqində səmərəliliyin artırılması ilə bağlı maarifləndirməyə dair tədbirlər planının icrası çərçivəsində Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə şəhər İnternat tipli xarici dillər təmayüllü Gimnaziyasında “Uşaqlara qarşı zorakılığın yolverilməzliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.


Rezonans.az xəbər verir ki , tədbirdə Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri S.Abbasov iştirakçılara Müvəkkilin uşaq hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti, həmçinin bu sahədə mövcud olan milli qanunvericilik aktları və beynəlxalq sənədlər barədə ətraflı məlumat verib.


İnteraktiv şəkildə davam edən müzakirələr zamanı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



Xəbəri paylaş: