Xaçmazda evi yararsız hala düşən vətəndaşa çadır quruldu - VİDEO

img

Fövqəladə Hallar Nazirliyinə Xaçmaz rayonu, Arzu qəsəbəsi sakini Vəfadar Mirzəyevə məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Bu barədə Rezonans.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən Arzu qəsəbəsi sakini V.Mirzəyev üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

 


Xəbəri paylaş: