Qeydiyyat bu gün başa çatır

img

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə qeydiyyat bu gün saat 11:00-da başa çatacaq.

Bu barədə Rezonans.az-a Elm və Təhsil Nazirliyindən (ETN) məlumat verilib.

Bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi elektron formada həyata keçirilir.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

Xəbəri paylaş: