Bayram günlərində hava necə olacaq?

img

Bayram günlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Rezonans.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında 10 aprel tarixində hava şəraitinin  əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, küləyin sürəti 10-15 m/s olacaq. Havanın temperaturu gecə 6-11, gündüz 13-18 dərəcə  isti təşkil edəcək.

11 aprel tarixində havanın yağmursuz  keçəcəyi,  şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

12 aprel tarixində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Arabir güclənən  şimal-qərb küləyi  gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-11, gündüz 13-18 dərəcə isti olacaq.

Bayram günlərində Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, mülayim  şərq küləyinin əsəcəyi gözlənilir.

10,11,12 aprel tarixlərində Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 10-u səhər dağlıq ərazilərdən başlayaraq 11-i gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, sürəti 5-10 m/s, arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Aprelin 12-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 10-u səhər dağlıq ərazilərdən başlayaraq 11-i gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, sürəti 5-10 m/s, arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-5,  gündüz 5-10 dərəcə isti olacaq. Aprelin 12-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 1-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 10-u səhər dağlıq ərazilərdən başlayaraq 11-i axşamadək bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, sürəti 5-10 m/s, 11-də arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 2 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, bəzi yerlərdə 15 dərəcəyədək isti  olacaq.

Aprelin 12-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan, Füzuli rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, sürəti 5-10 m/s, 11-də arabir 18-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq. Aprelin 12-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Mingəçevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 10-u səhərdən dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, sürəti 5-10 m/s, 11-də arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq. Aprelin 12-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə çiskin olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 10-u gündüzdən 11-i axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək, sürəti 5-10 m/s, 11-də arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq. Aprelin 12-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 10-u gündüzdən bəzi yerlərdə arabir yağıntılı keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 11-də dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək, sürəti 5-10 m/s, arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 6-9, gündüz 12-17, dağlarda gecə 2-4, gündüz 5-8 dərəcə isti olacaq. Aprelin 12-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11, gündüz 18-23, dağlarda gecə 7-9,  gündüz 11-16 dərəcə isti olacaq.

Xəbəri paylaş: