İran İsrailə hücumun başa çatdığını elan etdi

img

İranın İsrailə hücumunu İsrail hakimiyyətinin Suriyadakı diplomatik hədəflərimizə zərbələrinə cavab hesab etmək olar".

Rezonans.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin "X" hesabınd ayazılıb. 

"Bu məsələni tamamlanmış hesab etmək olar”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, İsrailə pilotsuz təyyarələrin buraxılması onun İranın Dəməşqdəki diplomatik obyektlərinə hücumuna cavabdır.

Eyni zamanda vurğulanıb ki, İsrail hakimiyyətinin “daha bir səhvi” olarsa, Tehranın cavabı “daha sərt” olacaq.

Xəbəri paylaş: